Beynəlxalq Qadınlar günündə keçirilən konsertin aparıcıları qismində çıxış edən NEXT tədbirdə baş verənlərlə bağlı məsələyə aydınlıq gətirib. SİA-nın məlumatına görə, "kişilər oxuyur" adlı tədbirdə mühafizə xidmətinin diqqətsizliyi fan klubu narahat edib. Belə ki, cangüdənlərin qızlara kobudluğu yanlış anlaşılıb. Daha dəqiq desək, qrup bunu fanatlardan qorunmaq üçün etməyib. NEXT-in mətbuat xidməti açıqlamasında fanatlarla yaxın olmağa, ünsiyyət qurmağa çalışdığını qeyd ediblər: "Kənardan elə təəssürat yaranırdı ki, sanki, NEXT tamaşaçılardan qaçmaq istəyir. Əksinə qrup üzvləri ora toplaşanları əyləndirməyə, bizimlə birgə rəqs etməyə çağırırdı. Çox təəssüf ki, təşkilatçıların istəyi ilə çoxlu sayda cangüdən çalışdığı üçün fanatlar üçün müəyyən narahatçılıqlar yarandı. İnşallah növbəti konsertimizdə fanatlar üçün daha əlverişli şərait yaradarıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB