Məşhur jurnalist televiziyadan gedərək şəxsi işini qurdu

Məşhur jurnalist televiziyadan gedərək şəxsi işini qurdu
Dünən paytaxt restoranlarının birində yeni fəaliyyətə başlayan "CeyN" prodakşının ilk işi olan "İlin brendi" mükafatının paylanılma mərasimi keçirilib. SİA-nın məlumatına görə, əvvəllər daha çox aparıcı kimi tanınan jurnalist Ceyran Nərimanın rəhbərlik etdiyi prodakşın məhsuldar işləməyi qarşısına məqsəd qoyub. Uzun illərdir, televiziyada aparıcı-müxbir çalışan Ceyran indi televiziya fəaliyyətinə son qoyaraq, şəxsi işini qurmaq qərarına gəlib. Tədbirdə həmçinin Ceyran yeni xəbər saytını da təqdim etdi - www.infoline.az.

Mərasimin aparıcıları qismində Səkinə Nəriman və Könül Yusifqızı ən nəhəng şirkətləri ilin brendi elan edərək, hədiyyələrlə təltif etdilər.

Mükafatlandırma mərasimində müğənnilər də öz təbriklərini çatdırdılar. Onların sırasında Elariz Məmmədoğlu, Nadir Qafarzadə, Mətanət İsgəndərli, Rüfət Axundov, Samir Dərgah, Sevinc Musayeva və rəqqasə Fatimə ilə həmkarı İlham oldu.

Qeyd edək ki, mərasimin rejissoru Nail Naiboğlu idi.

Bütün xəbərlər Facebook səhifəmizdə