Rusiya və Ermənistanın “Eurovision- 2011” mahnı müsabiqəsində ifa edəcəyi mahnılar bəlli olub- FOTO

Rusiya və Ermənistanın “Eurovision- 2011” mahnı müsabiqəsində ifa edəcəyi mahnılar bəlli olub- FOTO
Ermənistanın "Eurovision- 2011" mahnı müsabiqəsində ifa edəcəyi mahnısı bəlli olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, münsiflər heyətinin və tamaşaçıların səs verməsi ilə keçirilən seçimlərin nəticəsi olaraq Ermənistanın təmsilçisi Emminin ifa edəcəyi mahnı seçilib. Belə ki, ifaçı müsabiqədə "Boom- boom" mahnısı ilə ölkəsini təmsil edəcək.

Bununla yanaşı həmçinin Rusiyanın təmsilçisi və müsabiqədə ifa olunan mahnısı məlum olub. Ölkənin müsabiqə üzrə cavabdeh telekanalı və yayımçısı 1-ci kanal bu il ölkəsinin Aleksye Vorobyov tərəfindən təmsil olunmasını qərarlaşdırıb. Müğənni müsabiqədə "Get You" mahnısı ilə çıxış edəcək. Bu il ölkənin cavabdeh televiziya kanalı qərarı özü verib və heç bir seçim turu keçirməyib. "Eurovision-2011" Rusiya təmsilçisi üçün mahnını Lady Gaganın hit mahnılarının müəllifi, eyni zamanda Jennifer Lopez, Enrike İqlesias, Şakira və digər dünyaca məşhur sənətçilərlə əməkdaşlıq edən RedOne yazıb. Son iki ildə RedOne 6 dəfə "Gremmy" musiqi mükafatına nominant olub.

Aleksey Vorobyovsa "Eurovision -2011" yarışmasında ölkəsini təmsil etmək şansı qazandığı üçün çox xoşbəxt olduğunu deyib və bunu özü üçün şərəf hesab etdiyini açıqlayıb: "Mən ölkəmi layiqincə təmsil etmək hər şey edəcəyəm. Mübarizə aparmağa hazıram və mən bunu bacarıram. Qalibiyyət uğrunda sonunadək mübarizə aparacağam. İnanıram ki, "Get You" mahnısı müsbət nəticələr əldə etmək üçün uğurlu bir mahnıdır. Mən sevinirəm ki, RedOne mənim rəsmi prodüserimdir". Təmsilçi bu müsabiqədə iştirak etməyi hər zaman arzuladığını da diqqətə çatdırıb.

"Get You" mahnısını rəsmi təqdimatı martın 12-də baş tutacaq.

Portuqaliya da öz seçimini edib. Belə ki, Lissabonda təşkil olunan 47-ci Çançao festivalında jurinin və tamaşaçıların səsverməsinə görə Homens da Luta ölkəsini "Luta E Alegria" mahnısı ilə təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə