Lalə Məmmədova qızı haqda danışdı

Lalə Məmmədova qızı haqda danışdı
Azərbaycan şou-biznesinin ən nümunəvi ailələrindən olan müğənni Lalə Məmmədova ilə həyat yoldaşı İlham uzun illərdir, mehriban həyat yaşayırlar. Bir-birlərini çox gözəl başa düşən cütlük, balaca qızları olan Nərgizdən söz açdılar. SİA-ya açıqlama verən İlham bəyin sözlərinə görə, qızı tərslikdə ona oxşayıb: "Nərgiz nəyin ki, tərslikdə, xarici görünüşünə görə də mənə bənzəyir. Bir bığları çatışmır"(gülür).

Lalə xanımın çətin iş qrafiki var, İlham bəydə bekar adam deyil. Bəs, görəsən qızcığazın tərbiyəsi ilə kim məşğul olur. Bu suala isə İlham bəy özünə məxsus şəkildə cavab verdi: "Bir çox vaxtlar Nərgiz anasının yanında olur və o uzun zaman hərdən bəs edir. O bəs edən vaxt anasının olmadığı zamanları ört basdır edir. Lalə işdən qayıdanda qızımızın əlini ovcunun içinə almasa, onu öpməsə yatmır. Bizim uşaqda hiss etmə qabiliyyəti güclüdür. 2-ci bir məsələ var ki, biz uşağa dayə tutana qədər çox əziyyət çəkdik. Hətta indiki dayəmiz 10-cudur. Bu dayə bizdə artıq 2 ildir, çalışır. Bundan qabaq 1 ildə 3-4 dayə dəyişirdik. Hiss edirdik, o biri dayələr qızımızla bacarmır. Lakin sonuncu ilə hər şey normaldır. Biz Bakıda olmayanda ancaq telefon vasitəsilə qızımızla danışırdıq. Danışanda bizə deyirdi ki, hələ qayıtmayın, burda hər şey yaxşıdır. Dayəsi arada bir deyirdi ki, bir az doluxsunurdu, amma sizi kövrəltməmək üçün ağlamırdı. Əslində biz onu uşaq hesab etmirik. Zənn edirəm ki, Nərgiz artıq böyük bir insandır. O qədər hissiyyatlıdır. Başa düşür ki, biz bunu etməliyik. Darıxsa da çox büruzə vermir".

"Lalə xanım, istəyərsiniz qızınız da musiqi ilə məşğul olsun?" sualına müğənni belə cavab verdi: "Əgər böyük istedad sahibi olsa istəyərəm. Sıradan birisi olsa, yox. Biz çalışacağıq ki, onun musiqi təhsili olsun. Musiqi zövqü formalaşsın. Necə ki, indi o bizim efirə baxmır, heç onda da baxmayacaq. Nəyə baxsın ki? Deyirlər ki, Azərbaycan dili dövlət dilidir. Mən hansı kanalı çevirirəmsə, bütün aparıcılar ancaq öz rayonlarının ləhcəsində danışırlar. Nərgiz bu halda Azərbaycan dilini necə bilsin? Axı ədəbi dil yoxdur televiziyada... Efirlər təbliğ etmir bunları. Misal olaraq İlham rus bölməsini bitirib. Buna görə də ona sanki "düşmən" kimi baxırlar. Hətta mən istəyirəm ki, qızım da rus bölməsində təhsil alsın. O zaman da lap çox "düşmənlərim" olacaq. Qoy olsun...Əgər mən qızımı Azərbaycan bölməsinə qoysam ya "ççç"-dan istifadə edəcək, ya da ki hər hansı bir rayon ləhcəsində danışacaq. Mən də bunu istəmirəm. O ki qaldı onun musiqi zövqünə, o təhsil alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə