Aynişan Quliyeva Nyu-Yorkda nə işlər görürdü?

Aynişan Quliyeva Nyu-Yorkda nə işlər görürdü?
"Eurovision-2011" milli seçim turunun iştirakçısı olan, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva vətəninə təzə dönüb. SİA-ya danışan Aynişanın sözlərinə görə, o, ABŞ-a səfər etmişdi: "Anamın yaxın dostları məni Nyu-Yorka, istirahət etməyə dəvət etmişdilər. "Eurovision"dakı gərgin hazırlıqlardan sonra çox gözəl vaxt keçirdim və dincəldim. Bu, anamdan həvəsləndirici hədiyyə idi".

Aynişan orada iş birliyi təklifi aldığını da dilə gətirdi: "Qeyd edim ki, mən orada bir prodüserdən iş təklifi aldım. Əgər onun təkliləri məni qane etsə, böyük həvəslə ABŞ-da işləmə razılaşacağam ".

Bütün xəbərlər Facebook səhifəmizdə