Hollivudun məşhur aktyorları yeni filmdə birlikdə - FOTO

Hollivudun məşhur aktyorları yeni filmdə birlikdə - FOTO
Hollivudun məşhur aktyorları yeni filmdə bir araya gələcəklər. Maraqlı süjet üzərində qurulan "Tor" ekran əsəri fantastik, döyüş, dramatik, macəra janrlarını özündə birləşdirir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, filmin tezliklə böyük ekranlara çıxacağı gözlənilir.

"Tor"da hadisələr həm Yer kürəsində, həm də tanrıların Asqarde adlı krallığında cərəyan edir. Hadisələrin mərkəzində - qüdrətli Tor - güclü və özündənrazı döyüşçü durur. Onun əməlləri Asqardedə müharibəyə səbəb olub. Tor Yer kürəsinə sürgün edilir, gücü əlindən alınır və cəza kimi yer üzündə adi insanlar arasında yaşamağa məhkum edilir...

Hollivud aktyorları Entoni Hopkins, Natali Portman, Kris Hemsvort kimi məşhurlar filmdə rol alıb. Filmdə digər rolları İdris Elba, Ket Denninqs, Stellan Skarsqard, Rey Stivenson, Tom Hiddlston, Rene Russo, Klark Qreqq və başqa Hollivud aktyorları canlandırır.

Qeyd edək ki, Amerika kino istehsalçılarının istehsalı olan ekran işi 150 milyon dollara başa gəlib. Film aprelin 27-də dünya ekranlarına çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə