"Özümü rəis kimi aparmaq istədim, içkili dedilər" VİDEO

"Özümü rəis kimi aparmaq istədim, içkili dedilər" VİDEO

Şairə Nazilə Səfərli "Maşın" şounun qalibi Suna Kasımoğluya avtomobilin verilməsi mərasiminə qatılıb. SİA-nın məlumatına görə, sənətçi avtomobilin arxasında oturaraq, zarafatla "Suna xanım, zəhmət olmasa bulvara sürün, istirahət etmək istəyirəm" sözlərini deyib.

Həmin görüntülər sosial şəbəkədə yayılıb. İzləyicilər Səfərlinin sərxoş olduğunu yazıb və onu tənqid ediblər.

Nazilə onu içkili olmaqda günahlandıranlara cavab verib: "Suna Kasımoğlunun maşınının arxasında əyləşmişdim. Həyatımda bircə dəfə özümü rəis kimi aparmaq istədim, deyəsən alınmadı. Hamı sosial şəbəkədə yazdı ki, bu qız içib. Yox qardaş, mənimki ömür boyu fəhləlik olub. Sürücüdən rəis olmaz. Həmin videoda sərxoş deyiləm. Çünki içki içən deyiləm. İçkidən istifadə etsəm, heç kimdən qorxmuram. Odur ki, danışığınıza fikir versəniz pis olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə