Mina: "Mollabacı ola bilmərəm" VİDEO

Mina: "Mollabacı ola bilmərəm" VİDEO

Müğənni Mina şəxsi həyatı ilə bağlı gözlənilməz açıqlamalar verib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Ərə gedəcəyim bəy kaprizlərimə dözməlidir. Həyat yoldaşım da mənim kimi pozitiv olmalıdır. Çünki mən çılğın və pozitiv xanımam. Eyni zamanda müasir olmalıdır ki, mən etdiyim hər addımı dəstəkləsin. Mən mollabacı ola bilmərəm. Çünki açıq-saçıq geyinirəm. Sənət adamı olduğum üçün bu normal haldır. Biz müğənnilər şou göstərmək üçün yaranmışıq. Odur ki, heç kimə görə xasiyyətimi dəyişmək fikrim yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə