Xatundan gözlənilməz addım FOTOLAR

Müğənni Xatun Əliyeva şəhidlərə mahnı həsr edib. SİA-nın məlumatına görə, müğənni şəhid Ceyhun Orucəliyevin xatirəsinə həsr etdiyi "Can şəhidim" mahnısına klip çəkdirir.

Xatun klipi haqqında fikirlərini dilə gətirib: "Allah bütün şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun. Şəhidimiz Ceyhun Orucəliyevin ailəsi ilə yaxından tanış oldum. Onun iki Duyğu və Aylin adında iki gözəl övladı var. Onlara demək istəyirəm ki, "Başınızı dik tutun. Qəhrəman övladısız”. Şəhidimizin ailəsinə və yaxınlarına Allahdan səbr diləyirəm".

Qeyd edək ki, "Can şəhidim" adlı mahnının sözləri və musiqisi Samir Vidaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə