Əməkdar artist Nigar Şabanova ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasındakı qalmaqal daha da böyüyüb. SİA-nın məlumatına görə, sənətçi verilişlərin birinə telefonla bağlanaraq, teatrın ondan "Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynamaq üçün 4 min manat rüşvət istənildiyini iddia edib.
O, hətta bildirib ki, Xalq artisti Gülyanaq Məmmədova da pulla sözügedən obrazı oynayıb: "Eşitmişəm ki, Gülyanaq Məmmədova pul verib, "Leyli və Məcnun" tamaşasında oynayıb. Gülyanaq xanımın sənət stajı qədər mənim yaşım yoxdur. Onun qazancının yarısını qazanmıram. Mənim yaşım o deyil ki, hər dəfə gedim 3-4 min verim və Leyli oynayım. Mənə maraqlısı odur ki, niyə indi oynayan digər gənclər pul ödəmir, Nigar ödəməlidir?
İllərdir susuram, amma indi məsələni qaldıracam. Bura dövlət teatrıdır, özəl klinika deyil. Bir dəfə operada Leyli oynadım, uğurlu da alındı. Onda mən pul ödəməmişdim. Sonradan pul istədilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB