Müğənni Şəbnəm Tovuzlunun İstanbulda konserti baş tutub. SİA-nın məlumatına görə, ifaçı konsertində hit mahnıları ilə yanaşı məşhur türk bəstələri də canlı olaraq ifa edib.
O, konsertindən sonra təəssüratlarını dilə gətirib: "İstanbulda ilk dəfə olaraq, səhnəyə çıxdım. Konsertimdə Almaniya, İran, Azərbaycan, Türkiyə vətəndaşları var idi. Konsertimdə çox sayda adam olmasına baxmayaraq, bəzi yerlər boş qalmışdı. Əsas odur ki, Allah utandırmadı. Gələcəkdə daha da böyük səhnələrdə konsertlər verməyi düşünürəm. Məqsədim odur ki, xalqımı hər yerdə təmsil edim".
Qeyd edək ki, sənətçi daha öncə açıqlamasında İstanbulda 1500 nəfərlik “Grand Pera” konsert salonunda solo konsert verəcəyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB