İradə İbrahimova: “Atamın itkisi məni çox ağrıtdı”

İradə İbrahimova: “Atamın itkisi məni çox ağrıtdı”
Türkiyədə yaşayan Azərbaycanlı müğənni İradə İbrahimova həyatının ən ağrılı anına sevinclə birlikdə yaşadı. Müğənni atasını itirdikdən sonra dünyaya uşaq gətirdi. "Bir üzüm ağladı, bir üzüm güldü" deyən İradə yaşadığı hisləri SİA-ya ilə bölüşdü: "Əslində mənim depresiyaya düşməyimi gözləyirdilər. Ancaq mənə elə gəlir ki, analıq hissini duyan bir qadın depressiyanı özünə yaxın buraxmamalıdır. Əgər vəziyyət siz deyən həddə gəlib çatarsa, uşağa necə baxmaq, necə ona qayğı ilə yanaşmaq olar? Ona görə də, hər birimiz vəziyyətdən qalib kimi çıxmağı bacarmalıyıq. Amma həmin dönəmdə mənim həyatımdan qara bir zolaq keçdi. Məni bir az yaxından tanıyan insanlar bilir ki, söhbət nədən gedir. Həyatımın ən böyük stresini yaşadım. Çox qəribə bir situasiya idi – bilmirdim ilk övladımın dünyaya gəlməsinə sevinim, yoxsa, ata itkisinə yanım. Əslində, stresi nəinki ana olanda, buna hazırlaşan aylarda da yaşayırdım. Atamın xəstəliyi məni hər an bu barədə düşündürürdü. Bakıya gəlib onu görürdüm, amma son aylar məlum səbəbdən səfərimi dayandırmalı oldum. Atamın itkisi məni çox ağrıtdı. Qurban olum Allaha, qızım İpəyi həm də mənə bir təsəlli kimi göndərdi. Mənə atamın ölüm xəbəri bir az gec deyildi. Anamgil stressin dünyaya gəlməyə hazırlaşan bir körpə və anaya nə qədər təhlükə yarada biləcəyini bildikləri üçün belə düşünmüşdülər. Mən atamın 40 mərasiminə gələ bildim. Qəribə idi, yasa gələn qonaqlar məni həm təbrik edir, həm də başsağlığı verirdilər. Şükür ki, bu stressi yoldaşımın və onun ailəsinin isti münasibəti və qayğısı sayəsində ata bildim".

Bütün xəbərlər Facebook səhifəmizdə