"Fəlakət" Pərvizə görə Afətlə söz savaşına çıxdı FOTO+VİDEO
"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov "Youtube"da yayımlanan "Bir adam" verilişinin ilk buraxılışını təqdim edib. SİA-nın məlumatına görə, ilk qonağı meyxanaçı Pərviz Bülbülə olan Elşən proqram boyunca bir çox sənət dostlarına söz atıb.
O, ifaçıya "Sənə "Gelandewagen" versələr istəməzsən? Pərviz Bülbülənin "Gelandewagen"ə ehtiyacı var, yazıqdır, buna hədiyyə edin. Sənin Afət Fərmanqızından nə fərqin var?" sözlərini söyləyib.
Elşənin bu sözləri Afəti özündən çıxarıb. O, aktyora təhqir dolu mesajlar yazıb. Orucov həmin mesajları sosial şəbəkədə paylaşıb və bu sözləri yazıb: "Aləm bir-birinə dəyib".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB