Zaur yenə Rəqsanəyə və qızına söz atdı VİDEO

Zaur yenə Rəqsanəyə və qızına söz atdı VİDEO

Müğənni Aysun İsmayılova aparıcı Zaur Kamalın verilişində qonaq olub. SİA-nın məlumatına görə, aparıcı qısa ətəkli libas geyindiyinə görə ifaçını ələ salıb. Hətta qarğış belə edib.

Zaur Aysuya "Anan necədir?" "Rəqsanənin iki yoxsa bir övladı dünyaya gəldi?" "Onları niyə efirlərə çıxartmırsınız?" kimi suallar yağdırmağa başlayıb.

A.İsmayılovanın Z.Kamala cavabı belə olub: "Anam hazırda Moskvadadır. Azərbaycanda yaşamasa da hər ay yeni işlərlə tamaşaçıların qarşısına çıxır. Yerli televiziyalarda görsənməməsinin səbəbi isə toylarının çox olması ilə bağlıdır.

Onu da deyim ki, anamın yenidən iki övladı dünyaya gəlib. Onların üzünü efirdə göstərmək istəmirik".

Zaur "Deyirlər ki, əvvəllər Rəqsanə at oynadırdı. İndi isə həmin at Rəqsanəni yıxıb" sözlərini deyərərək Aysunu təəccübləndirib.

Onun bu sözlərinə Aysundan gözlənilməz cavab gəlib: "Anam indi də at oynadır. O, ancaq yıxar, heç vaxt yıxılmaz. Sən buna görə narahat olma".

Bütün xəbərlər Facebook səhifəmizdə