Brilliant Dadaşova: "Sənəti olmayanlar "day-day", sevgili gücünə səhnədədirlər" VİDEO
Xalq artisti Brilliant Dadaşova qalmaqal edən həmkarlarını qınayıb. SİA-nın məlumatına görə, ifaçı verilişlərin birində inanılmaz açıqlama verib: "Müstəqilliyimizi sənəti aşağı olanlar hərcmərclik kimi qəbul etdilər. Bir-birinin üzünə bu gün tüpürüb, sabah qucaqlayanları görüb təəccüblənirəm. Bir-birinə insanı keyfiyyətlərdən uzaq olan sözlər deyənlər, sabah qucaqlaşır, barışır. Barışmaq əziz insanlara ata-ana, bacı-qardaşa aiddir. Sənətdə dost ya yaxşıdır, ya da deyil. Küsüb-barışmaq anladım ki, gündəmdə qalmaq üçündür. Bunlar tamaşaçının gözü qarşısında simasızlıqdır.
Elə insanlar var ki, onlar olan yerə getmirəm. Layiq bilmirəm onlar olan atmosferdə yer alım. Sənəti olmayanlar səhnədə sponsor, "day-day", sevgili gücünə sənin yanında dayanırlar. Sonra da pis simalarını göstərirlər. Haq özü onları yerbəyer edir. Sənəti olana heç kim bata bilməz. Sənəti olmayan heç olmasa, dilini yaxşı etsin.
Elə insanlar var ki, mənim olduğum məkana onların gəlməsinə icazə vermirəm. İnanıram ki, o dünyada da ayrı məkanlara düşərik. Kiminsə mərhum valideynini söyən, təhqir edən, şərə əl atan insanlar mən olan yerdə olmayacaqlar.
Məni olmadığım kimi tamaşaçıya təqdim etmək üçün bəzilərinə pul verib, məni gözdən saldırıblar. Təəccüblənirdim ki, belə insanlar var?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB