“Azərpaşa Nemətov Hacıbala Abutalıbovdan dərs götürsün” VİDEO

Teatrlar Xadimləri İttifaqının növbəti XIV konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə qalmaqal baş verib. Belə ki, Xalq artisti Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımıçıq tərk edib.

Aktrisa daha sonra jurnalistlərə açıqlamasında hər şeyin ssenari üzrə getdiyini deyib: “O, bunu tərifləyir, bu, onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm:

Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azər Paşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil".

Qeyd edək ki, A.Nemətov səsvermə ilə yenidən sədr seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə