Azərbaycanlı müğənni beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı müğənni beynəlxalq müsabiqənin qalibi olub
"Eurovision-2011" milli seçim turunun yadda qalan iştirakçılarından olan Seyran İsmayilxanov öz vətənini beynəlxalq müsabiqədə uğurla təmsil edib. Almaniyada yaşayan müğənni Kiprda keçirilən "Golden Melody" Beynəlxalq mahnı masabiqəsində Azərbaycana birinci yer qazandırıb. "Facebook" sosial şəbəkə vasitəsi ilə SİA-ya açıqlama verən Seyranın sözlərinə görə, o, 19 ölkə arasında birincilik qazanıb: "Mən 8.668 sms-səs topladım. Səslər 19 ölkədən gəlirdi. Finalda 14.000 sms-səs yığdım. Demək olar ki, münsiflər heyətinin bütün üzvləri mənə səs verdi. Onlar, oxuduğum "Qanadsız mələklər" mahnısını bəyəndilər".

Müğənni həmçinin birinci yer qazandığı üçün aldığı mükafatlardan da söz açdı: "Mənə pul mükafatı verdilər. Bununla yanaşı mən 1 həftə Kiprdə istirahət edə bilərəm. Bir də ki, qalib olduğum üçün növbəti il mərasimi mən açıq elan edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə