Bu il keçirilən Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin milli seçim turunun favorit iştirakçılarından olan, xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimova klip çəkdirməyi planlaşdırır. İlqarənin SİA-ya verdiyi məlumata görə, klipi kifayət qədər məşhur "Səndən nigaranam" mahnısına çəkdirəcək: "Mən milli seçim turu zamanı bu mahnıya müraciət etdim və öz tərəfimdən yanaşdım. Mahnını bəstəkar, aranjemançı Emin Kərimi ilə birgə hazırladıq. Klip çəkilişlərinə isə yaxın həftələrdə başlayacağıq".< br>
< br>
Qeyd edək ki, musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan "Səndən nigaranam" mahnısının ilk ifaçısı Aygün Kazımova olub. Xalq artistinin ardınca bu mahnıya Nəsibə Abdullayeva, Aygün Bəylər və meqa-star Tarkan müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB