Dünyaca məşhur “Blue” qrupu paytaxt restoranlarından birinin ad günündə çıxış edəcək

Dünyaca məşhur “Blue” qrupu paytaxt restoranlarından birinin ad günündə çıxış edəcək
Böyük Britaniyanın dünyaca məşhur "Blue" qrupu Bakıya gəlir. SİA-nın məlumatına görə, qrup 12 mart tarixində paytaxt restoranlarından birində çıxış edəcək. Məlumata görə, qrupun Azərbaycana gəlməyinin səbəbi konsert verəcəyi restoranın 1 yaşı olmasıdır. Keçiriləcək mərasimdə "Blue" qrupundan başqa, tədbirdə "iiO" qrupunun solisti, müğənni Nadia Ali, həmçinin ölkənin tanınmış DJ-ləri də iştirak edəcəklər.

Məlumat üçün xatırladaq ki, "Blue" qrupu 2001-ci ildə yaranıb. 4 üzvü var. Qrupun 4 üzvü var- Bunlar Lee Ryan, Simon Webbe, Duncan James və Antony Costa. Qrupu dünyada məşhurlaşdıran onların 2002-ci ildə əfsanəvi Ser Elton Conla ifa etdikləri "Sorry Seems to Be the Hardest Word" mahnısı olub. "Blue" qrupunun 4 albomu var. Qrup bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Böyük Britaniyanı təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə