Meyxanaçının sevgilisi ilə fotoları yayıldı FOTOLAR

Meyxanaçı Orxan Lökbatanlı ilə sevgili olduğunu deyən model Aysu Bədəlzadə yeni fotoları ilə gündəmi zəbt edib. SİA-nın məlumatına görə, ifaçı modellə heç bir münasibəti olmadığını desə də, Aysun bunu inkar edən şəkillər yayımlayıb. Model "İnstagram" səhifəsində meyxanaçı ilə səmimi fotolarını paylaşıb.

Oteldə lentə alınan fotoya Aysu "İtim" şərhini yazıb. O, izləyicilərin ünvanladığı "Orxanı sevirsiz" sualına "Hə, sevirəm" cavabını verib.

Qeyd edək ki, həyat yoldaşı Kəmalə Orxanın onu Aysu ilə aldatdığını söyləyib. O bildirib ki, meyxanaçıdan boşanmaq üçün məhkəməyə müraciət edib. Orxan isə bunları təkzib edərək, Aysu ilə heç bir münasibəti olmadığını iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə