Aygün Kazımova: “Narkozdan oyanan kimi hər şeyin nəinki "şamplena", hətta "şampliko" olduğunu gördüm”-AÇIQLAMA

Aygün Kazımova: “Narkozdan oyanan kimi hər şeyin nəinki "şamplena", hətta "şampliko" olduğunu gördüm”-AÇIQLAMA
Bu yaxınlarda Bakının özəl klinikalarından birində plastik cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın xalq artisti, pop-diva Aygün Kazımova bu addımı nədən atmasının səbəblərini SİA-ya açıqladı: "Artıq neçənci dəfədir ki, mən tanınmış plastik cərrah Rauf Əşrəfovun şəfalı əllərinin köməyindən yararlanıram. Mənə diskomfort yaşadan cüzi problemləri aradan götürməyə qərar verdim. Əməliyyatı uğurlu adlandırmaq olar. Narkozla keçirilən "gözəlləşmə prosesi" 3 saat keçdi. Narkozdan oyanan kimi hər şeyin nəinki "şamplena", hətta "şampliko" olduğunu gördüm ("şamplena" və "şampliko" sözləri lüğətə düşməsə də, bu kəlmələri ixtira edən Aygün xanımın özüdür və mənaları hər şeyin əla olmasına işarədən ibarətdir). İndi çox pozitiv əhvaldayam. Əzizlərim və fanatarım narahat olmasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə