Kamran Həsənli yenidən efirə qayıdır- AÇIQLAMA

Kamran Həsənli yenidən efirə qayıdır- AÇIQLAMA
Məşhur aparıcı və şoumen Kamran Həsənli yenidən televiziya tamaşaçılarının qarşısına çıxacaq. SİA-ya məlumat verən Kamranın sözlərinə görə, onun aparacağı yeni veriliş "Space" kanalında yayımlanacaq: "Artıq bir ildir ki, efirdə görünmürdüm. "Space" kanalının təklifini qəbul etdim. Yenidən sevdiyim tamaşaçılarımın qarşısına çıxacağam".

Açıqlamasında şoumen keçmiş iş yerlərini də yadına saldı: "Bilirsiniz ki, mən əvvəllər də "Space"də işləmişəm. Oradan mən ATV kanalına üz tutdum. Amma rəhbərliklə yaşanan bəzi problemlər məni ANS telekanalına aparıb çıxartdı. ANS-də mən müxtəlif, müəllifi özüm olduğum verilişləri aparırdım. Ancaq mən ordan da çıxmalı oldum. Çünki rəhbərlik mənə qarşı düzgün addım atmadı. Buna görə, mən oranı da tərk etdim".

Kamran həmçinin yeni çaxacağı verilişdən də danışdı: "Yeni verilişə gəlincə isə, hazırda anonslar artıq nümayiş olunur. Ancaq verilişin efirə gedəcəyi tarix tam məlum deyil. Bəzi texniki məsələləri nəzərə almasaq, demək olar ki, efirə hazırıq. Verilişdə mən ən aktual problemlərə toxunacağam. İnanıram ki, bu verilişim də tamaşaçı rəğbəti qazanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə