Elza Seyidcahan Xocalı şəhidlərini andı - FOTO

Elza Seyidcahan Xocalı şəhidlərini andı - FOTO
Azərbaycanın əməkdar artisti Elza Seyidcahan bu gün Xocalı Soyqırımının 19-ci ildönümü münasibəti ilə "Ana fəryadı" abidəsini ziyarət edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi göz yaşlarını saxlaya bilməyib: "Mən bu gün televizora baxa bilmirəm, baş verənlər o qədər kədərlidir ki. Göz yaşlarıma hakim olmaq çox çətindir. Vətənini sevən övladlardan biri kimi bütün Azərbaycan xalqına baş sağlığı verirəm və inanıram ki, tezliklə torpaqlarımız azad olunacaq. Abidəni ziyarət etməyi özümə borc bilirəm. Hesab edirəm, minlərlə insan bugün "Ana fəryadı" abidəsini ziyarət edib, 19 i bundan öncə baş vermiş qətliam qurbanarının əziz xatirəsini ziyarət edəcəklər", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə