Namiq: "Məcid dəmir parçasından ötrü balasının canına and içir" VİDEO

Namiq: "Məcid dəmir parçasından ötrü balasının canına and içir" VİDEO

Aşıq Namiq Fərhadoğlu aktyor Məcid Hüseynovun onu "Maşın" şoudan uzaqlaşdırması ilə bağlı açıqlama verib. SİA-nın məlumaına görə, o, bununla bağlı sosial şəbəkədə video yayımlayaraq, Məcidin ondan qorxduğunu iddiasını irəli sürüb: "Məcidin saxtakarlığı nə idi? Azərbaycan kişisi kişi kimi olmalıdır. Bir dəmir parçasına görə balasının canına and içib, söyüş söyür. Axırda da sözündən dönür. Adımı əvvəldən çəksəydi, problem deyildi. Bildi ki, mənim adımı çəksə uduzacaq. Tamaşaçılarım mənə səs verəcək və o, uduzacaq. Bir dəmir parçasına görə balanın canına and içmək yaxşı deyil".

Qeyd edək ki, Məcid ötən gün səs toplayaraq, Namiqi oyundan uzaqlaşdırıb. O, əvvəldən sona kimi şoudan kimi çıxaracağını gizli saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə