Samirənin "ərə getməyi" yalan imiş

Samirənin "ərə getməyi" yalan imiş

Xeyli müddətdir ərə getmək xəbəri ilə gündəmdən düşməyən meyxanaçı Samirə Yusifqızının yalanı üzə çıxıb. SİA-nın məlumatına görə, ötən gün verilişlərin birində özündən yaşca kiçik Həciyə ərə getməyə hazırlaşdığını demişdi.

Bu dəfə o, digər proqramda ərə getmədiyini söyləyib: "Ərə getmirəm, boş söhbətdir".

Aparıcı-prodüser Tarix Əliyevin "Bəs verilişlərə çıxıb deyirdin, ərə gedirəm. Oğlan məndən yaşca balacadır" sualına ifaçı "Təklif var idi, İsveçrədə yaşayırdı. Azərbaycanlı iş adamı idi. Amma istəmədi" cavabını verib.

Qeyd edək ki, S.Yusifqızı 2015-ci və 2018-ci ildə də ərə getmə xəbəri ilə özünü gündəmə gətirmişdi. Hətta bu ilin mayında Samirə əcnəbi bir kişi ilə ailə quracağını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə