"Maşın" şounun 18-ci buraxılışı gerçəkləşib. SİA-nın məlumatına görə, oyunu tərk edən müğənni Fuad Musayev "Maşın" şounun əməkdaşlarına açıqlama verib: "Gözləmirdim, amma bu, oyundur. Bura qoşulmuşam. Təcrübəli qalib gəldi, təəssüflənməli bir şey yoxdur. Əgər orada 9 nəfərə demişdimsə atın şəklimi yəqin ümidim var idi. Oyun bundan sonra davam edəcək, etsin. Məncə qalib Aqşin olacaq. Hədəfim Ayan Babaakişiyeva idi, təəccüblənmək lazım deyil. Onunla heç bir problemim olmayıb. Özünə görə insandır. Təcrübəli qaldı, təcrübəsiz getdi. Çünki mən birinci dəfə idi oyuna qatılırdım".
Nəzərinizə çatdıraq ki, "Maşın" şouda ən çox şəkli atılan müğənni Fuad Musayev Ayan Babakişiyevanı çıxaracağını deyib. Nəticədə 16,92 faiz səslə Fuad Musayev şoudan uzaqlaşıb.
Qeyd edək ki, F.Musayev Ayanın keçmiş həyat yoldaşı Füzuli Musayevin qohumu və dostudur. Sosial şəbəkədə hər kəs Fuadın onun tapşırığı ilə Ayanı oyundan uzaqlaşdırmağa çalışdığını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB