Ziyafət Yaqubova: “Şou-biznesdə olan ən böyük sənətçilərimizin belə falçı köməkçiləri, yol göstərənləri var”
Bəzi şou-biznes nümayəndələrinin caduya fala inandığı hər kəsə məlumdur. Bəziləri hətta günlərini və qazandıqlarını bu işə sərf edirlər. Kimisi həmkarının yollarını bağlamaq üçün bunu edir, kimisi də onun yolunu bağlayan həmkarının "cadusundan" can qurtarmağa çalışır. SİA-ya danışan sənətçi Ziyafət Yaqubova başına belə hadisə gəldiyini gizlətmədi: "Çox təəsssüflənirəm ki, necə olur, məndən səs, istedad və səviyyə baxımından aşağı insanlar çox yüksəkdədirlər. Parlamamağımın səbəbləri var, onlar məni yandırır. Onu da deyim ki, sənətdə mənim toylarımı vuran müğənnilər var. Artıq onların kimliyini yaxşı bilirəm. Ad çəkməyəcəm. O insanlar onsuz da mənim yolumu bağlayıblar, bundan sonra daha da pis olar. Sənətdə bir qadın və bir kişi müğənni mənə cadu eləyir. Mən çox güclü insanam, onlar məni məhv edə bilməyəcək. Bir nəfər ekstrasens xanımla danışdım. O dedi ki, mənim qarşıma çəpər qoyan insanlar var. Bu adam istəyir ki, mən toylarda, şou-proqramlarda və efirlərdə görünməyim, bir sözlə, yox olum. Çünki əgər mən parlasam, həmin müğənnilər səhnədən yox olacaqlar. Əslində, qara magiya özü böyük bir elmdir, bunu danmaq olmaz. Artıq neçə ildir ki, mən evimə heç kimi buraxmıram. Ailəmi - doğmalarımı, hətta anamı belə evimə qoymuram. Çünki mənim başıma çox oyunlar gəlib. Pianinomun içindən və qapımın kandarında saçım olan dualar tapıramsa, mən gecələr səhərə qədər yata bilmirəmsə, titrəyirəmsə, deməli, həyatımla oynayan insanlar var. Onu da deyim ki, şou-biznesdə olan ən böyük sənətçilərimizin belə falçı köməkçiləri, yol göstərənləri var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB