Zaur Orxan Babazadəni "yıxıb-sürüdü"

Zaur Orxan Babazadəni "yıxıb-sürüdü"

Aparıcı Zaur Kamal müğənni Orxan Babazadəni "yıxıb-sürüyüb". SİA-nın məlumatına görə, o, proqramı zamanı hər zaman bahalı evləri, maşınları ilə gündəmə ifaçını yalançılıqda günahlandırıb: "Tələbələrin təhsil haqlarının ödənilməsi barədə kampaniyaya başlamışdıq. Bir neçə tanınmış sima bizə qoşulmaq istədi, amma geriyə çəkildilər. Onlardan biri də Orxan Babazadə idi. Orxan xeyriyyə kampaniyasına qoşulacağı barədə söz versə də, daha sonra verdiyi sözə əməl etmədi. Orxan, 1500 manat pul göndərməli idin, nə oldu? Etməyəcəyin bir şey üçün niyə mənə zəng vurursan? Efirdə deyirsən ki, əmim də pul göndərmək istəyir. Qızıldan 50 minlik ayaqqabı geyinirsən. Bir tələbənin təhsil haqqı sənin üçün heç nədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə