Müğənni Musa Musayevi tok vurub. SİA-nın məlumatına görə, bu haqda aparıcı Zaur Kamal deyilib. Proqram əməkdaşları sənətçinin evinə yollanıb. İfaçının həyat yoldaşı Təranə Qumral məsələ ilə bağlı açıqlama verib: "Qonaq gedirdik, işıqları söndürmək istədik. Həmin an şit partladı, o hissə yanıb. Vəziyyəti hələ tam yaxşı deyil".
Zaurun "Musaya dəyən daş, Təranənin ayağına dəysin" sözlərinə Qumral "Təranənin ayağına dəyən daş Zaurun başına dəysin" cavabını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB