Oksana: "Həyatımda ən böyük tapıntımı tapmışam" VİDEO

Oksana: "Həyatımda ən böyük tapıntımı tapmışam" VİDEO

Rəqqasə Oksana Rəsulova şəxsi həyatından danışıb. SİA-nın məlumatına görə, o, verilişlərin birinə oğlu Osmanı mediadan gizli saxlamağının səbəbini açıqlayıb: "Uşağımı göstərmək istəmirəm. Şou-biznesdə bir neçə ailələr var ki, övladlarını göstərmirlər. Uşaqların bəlli dövrü var, onları qorumaq lazımdır. Onlar ağ vərəqdir. Mənfi enerji uşağa tez yapışır. Tövsiyə edərdim ki, uşaqlarının şəklini paylaşmasınlar. Ağıllı valideynlər bunu etmir. Edənlərə həsrətlə baxıram. Axı mən də istəyirəm.

10 ildən artıq idi ki, övlad sahibi olmaq istəyirdim. Problemlər vardı deyə, alınmırdı. Həyatımda ən böyük tapıntımı tapmışam".

Oksana oğlunun atasından da bəhs edib: "Övladımın atası Türkiyədədir. Ora köçməyi düşünmürəm, ailəm burada yaşayır. Buna görə də uşağı atası görmür.

Bütün xəbərlər Facebook səhifəmizdə