Emin Ağalarov Bahh Tee ilə duet oxudu VİDEO

Emin Ağalarov Bahh Tee ilə duet oxudu VİDEO

Xalq artisti Emin Ağalarov və Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee duet oxuyub. SİA-nın məlumatına görə, müğənnilər "Парами" adlanan mahnıya klip də çəkdiriblər. Mahnı Bahh Tee-nin yeni albomunda da yer alacaq.

Oktyabrın 4-də işıq üzü görəcək albomda yeganə duet məhz bu olacaq.

Ekran işində kişi dostluğu, xəyanət və sevgi əks olunub. Klipin rejissor işi Yevgeni Abdel-Fattaha həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə