Kamran bahalı filmini təqdim etdi VİDEO

Kamran bahalı filmini təqdim etdi VİDEO

Ötən gün aktyor Kamran Ağabalayevin senari müəllifi və rejisoru olduğu “Ağacdələn” filminin təqdimatı baş tutub. SİA-nın məlumatına görə, gecədə bir sıra sənətçilər və müxtəlif biznes nümayəndələri iştirak ediblər.

Aktyor tədbirə oğlu və həyat yoldaşı ilə qatılıb.

Son illərdə sosial və ictimai problemləri hədəf lan filmdə Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elvin İbra, Elcan Rəsulov, aktrisa Zarina Qurbanova rol alıb.

K.Ağabalayev filmin büdcəsi haqda məlumat verərkən ekran işinə çox maliyyə sərf olunduğunu söyləyib: “Bu filmin büdcəsi 98 manatdır. Hər kəs demək olar ki, təmənnasız yardım göstərib. Deməli, büdcə olmadan da nəsə etmək olar”.

Bütün xəbərlər Facebook səhifəmizdə