Tezliklə azadlığa çıxacaq Fədayənin bacısı məhkəmənin qərarından danışdı VİDEO
Məhkəmənin qərarı ilə oktyabrda azadlığa çıxacağı deyilən müğənni Fədayə Laçının bacısı İlahə Fəda məsələ ilə bağlı açıqlama verib.
SİA-nın məlumatına görə, o, Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və məsələnin yenidən qaldırılmasına yardımçı olan aparıcı Mirşahin Ağayevə təşəkkür edib: "Ailəmiz üçün sevincli gündür. Bir neçə həftə sonra bacım azadlıqda olacaq. Bu sevinci bizə yaşadan İlham Əliyev cənablarına, birinci vitse-prezident Mehriban xanıma, kampaniyanı başladan Mirşahin müəllimə təşəkkür edirəm. Xəbərə görə sevinən hər kəsi təbrik edirəm".
Qeyd edək ki, ötən gün məhkəmə qərarı ilə Fədayə Laçının cəzası 6 ildən 2 ilə endirilib. O, oktyabrda azadlığa çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB