Mələyin yarıçılpaq FOTOLARI

Aparıcı-aktrisa Mələk Heydərova sosial şəbəkədə açıq-saçıq fotolarını paylaşıb. SİA-nın məlumatına görə, o, yayımladığı şəkillərə özü ilə bağlı sözlər də qeyd edib: "Dönüb arxaya baxdıqca nə qədər düzgün qərarlar verdiyimi anlayıram. Vaxtında bəzilərini tərk etməklə, bir çoxlarından uzaqlaşmaqla, bəzi həyatları yaşamamaqla düzgün etmişəm. Nə etmişəmsə ürəyimi dinləmişəm. Zamanla haqlı olduğumu anlamışam. Bu gün çoxlarınızdan düzgün yaşayıram və vicdanlıyam. Ona görə vicdanlıyam ki, bir insandan imtina etsəm belə yoluna daş qoymamışam, bağlamamışam. Eyni zamanda vicdanlıyam ki, hamının fikrinə hörmətlə yanaşmışam. Tanıdım, tanımadım heç kəsi qınamamışam, üzünə gülüb, arxasınca min söz danışmamışam. Hamının yaşadığı sevgiyə hörmətlə yanaşmışam. Nə yıxılana gülmüşəm, nə də yüksələnə paxıllıq etmişəm. Hər zaman insanlığımı qorumuşam".

Bütün xəbərlər Facebook səhifəmizdə