Mətanət ərə gedib? VİDEO

Şəxsi həyatı ilə bağlı yalan açıqlamalar verən müğənni Mətanət Əsədova yenidən bu ənənəsinə sadiq qalıb. SİA-nın məlumatına görə, iki fərqli kanalda proqramlarda qonaq olan ifaçı şəxsi həyatı ilə bağlı danışdığı yalanlar bitmir.

Belə ki, "Xəzər TV"də "Ay Zaur"da 6 ay əvvəl ərə getdiyini deyən sənətçi digər proqramda tam fərqli fikirlər səsləndirib.

ARB TV-nin "Bir arzu var" verilişinə qonaq olan Əsədova bu dəfə sevgilisi olduğunu söyləyib. O, aparıcı Arzu Həmzəyevanın "Həyatınızda sevgi var" sualına belə cavab verib: "Sevirəm, özü də çox. Bilmirəm o sevgi nə olacaq. Mətanəti qazanacaq, ya yox? Bilmirəm, amma onu iki gözüm qədər istəyirəm. Hələ qazanmayıb məni. Onu ata bilmirəm, onun da mənə qarşı eşqi var, amma tam qəlbimi doldurmayıb. Sevgi dolu xanımam. İstəyir lap dünyanın sahibi olsun. Mən “bomj”u da sevərəm. Sevgi mənim üçün Allah gedən yoldur. Onunla oynamaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə