Tarkanı "yaltaq" adlandırdı

Türk müğənnisi Yusuf Güney Tarkan haqqında qalmaqallı ifadələr işlədib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, meqastarın Herbiyə konsertində İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu haqqında dediyi sözlər Yusuf Güneyi özündən çıxarıb.

O, CHP başkanı Kemal Kılıçdaroğlunun "Yaltaqdan sənətçi olmaz" sözləri ilə Tarkanın görüntülərini birləşdirərək paylaşıb.

"Mənim sözüm Tarkana deyil. Mənə aylardır həqarət edən insanlara göndərmədir" deyə, o paylaşımda yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə