Samır Bağırov Aygün Kazımovanı sevdiyinin 23 illik tarixi olduğunu etiraf etdi

Səhnənin ən ekstrovaqant müğənnisi olan Samir Bağırov xalq artisti Aygün Kazımovanı sevdiyini dilə gətirib. SİA-ya danışan Samirin sözlərinə görə, o, Aygün xanımı 23 ilə yaxındır sevir: "Bəli, düz deyirsiniz, kim deyir ki, sevmirəm, sevirəm. 1988-ci ildə mən ilk dəfə Aygün xanımı görəndə, hansısa magiya baş verdi. Elektrik aldım ondan. Və o gündən bəri mən onu özüm üçün ayırmışam. Amma hərdən həyat bizi biri-birimizdən uzaqlaşdırır. İndi də o anlardandır. Ancaq bizim duetimiz olmalıdır. Hələ gözləmə mövqeyindəyəm".

Hər zaman səmimiyi və düzgünlüyü ilə digər müğənnilərdən seçilən Samir "Aygün xanımla evlənərdinizmi" sualına gülərək, belə cavab verdi: "Biz dostuq! Amma həyatda hər şey ola bilər. Heç nəyi əvvəlcədən bilmək olmur. Amma bu hal da istisna deyil. Biz uşaq deyilik axı. Bəlkə də nə vaxtsa birləşib, birlikdə qocala bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə