Rəqsanə Fədayəyə görə Mirşahinə dəstək olanları qınadı VİDEO
Ötən gün aparıcı Mirşahin Ağayevin həbsdə olan müğənni Fədayə Laçının əfv edilməsi ilə bağlı təklifi sosial şəbəkələrdə rezonans yaradıb. SİA-nın məlumatına görə, bir çox şou-biznes nümayəndəsi onun çıxışını sosial media hesabında paylaşaraq, Mirşahinin fikirlərinə dəstək olublar.
Müğənni Rəqsanə İsmayılova isə həmin paylaşımları edən həmkarlarını qınayaraq, sənətçiləri birlik olmamaqda günahlandırıb: “Neçə vaxtdır Fədayə Laçının həbsdə olmasından xəbərimiz var. Heç kim bu həyatdan sığortalanmayıb, Allah onun bağlı qapısını açsın. Hər birimizin başına gələ bilər. Gərək düzünü deyəsən, Fədayə ilə heç dostluğum da olmayıb. Bu gün sənəti olmayanlar at oynadır. Amma Fədayə məktəb görüb, böyük ürəyi, sənəti var. Mirşahinin çıxışı bizə Fədayəni xatırlatdı. Allah canını sağ eləsin, ona təşəkkür edirik. Buradan sənət dostlarıma üzümü tuturam, bu gün mikrofon əlimizdə, çörəyimizi qazanırıq, sabah başımıza nə gələcək bilmirik. Demək istəyirəm ki, niyə Mirşahindən sonra Fədayə yadımıza düşdü? Hanı bizim birliyimiz, niyə çətin gündə bir-birimizin yadına düşmürük? Təzə həbs olunanda ailəsinə bir az pul verdik, bitdi. Ötən il Fədayə ilə bağlı kampaniya başladıldı, siyahıda olan sənətçiləri, verilən pulları gördüm. Həmin an yer aralansaydı, girərdim. Siyahıda cəmi 7-8 adam var var idi, yığışıb heç birimiz kömək etmədik.
Nə qədər müğənni var, çox demirəm, hərəniz 20 manat verin. Gör, nə qədər pul edir. Ehtiyaclarını az da olsa, ödəyərdilər. İndi Mirşahinə təşəkkür edirik, budur, bizim birliyimiz? Bəlkə də sözümdən inciyəcəksiniz, amma həqiqət budur. Heç vaxt yıxılanın əlindən tutmuruq, həmin an yadlaşırıq, ulduz oluruq, kateqoriyalara bölünürük: Mən filan kateqoriyanın müğənnisiyəm, o, qara camaat. Telefonumuzu gizlədirik, ancaq prodüserimizi tapa bilərlər. Deniz Seki tutulanda ona klip çəkib dəstək oldular. Biz etsək nə olar? Fədayənin qapısını Allah açsın. Qara bəxtli qız, Allah köməyin olsun”.
Nəzərinizə çatdıraq ki, Əməkdar artist Röya Ayxan "İnstagram" hesabında aparıcı Mirşahin Ağayevin müraciətini alqışlayıb. O, Mirşahinin çıxışını paylaşaraq, bu sözləri yazıb: "Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək”.
Sənətçi həmçinin “fedayeniazadedek” adlı dəstək həştəqi də açıb.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 23-də sevgilisi, “Qoca” ləqəbli Etibar Babayevin həbsdə qaçırılmasında günahkar olduğu üçün tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB