Rəqqasə Zərifənin yenidən ailə quracağı haqda xəbərlər gəzir. Buna səbəb onun gəlinlik libasında fotosessiya etdirərək, sosial şəbəkədə paylaşmasıdır.
Məsələ ilə əlaqədar olaraq, rəqqasənin özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Zərifə şəxsi həyatı barədə bunları dedi: "Gəlinlik donunda çəkdirdiyim şəkillər yalnız fotosessiya üçündür. Yenidən ərə getmək fikrim yoxdur. Çünki həyatımı övladıma həsr etmişəm".
Qeyd edək ki, Zərifə fotolarda iki gəlinlik donundan istifadə edib. Şəkillərdə onunla yanaşı oğlu da yer alıb.
Həmin fotoları təqdim edirik:








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB