Arzum anasından ayrılmaq məcburiyyətindədir

Arzum anasından ayrılmaq məcburiyyətindədir
"Eurovision 2011" milli seçim turlarında uğurlu iştirakı ilə yarımfinala qədər irəliləyən müğənni Arzum bu müsabiqədən sonra da sənəti ilə ciddi məşğul olduğunu deyib. SİA-nın məlumatına görə, sənətçi yaxın zamanlarda onu sevənlərinə bir çox yeniliklərini təqdim edəcək. Hazırda sirr saxladığı layihəsi üzərində çalışan Arzum bu il vətənini təmsil etməsə də, finalçılara uğurlar arzulayıb: "Bu il ölkəmizi "Eurovision" musabiqəsində təmsil edəcək həmkarlarım Nigar Camal və Eldar Qasımova da müvəfəqiyyət diləyirəm. İnşallah uğurlu çıxışları ilə vətənimizi ön pillərə çıxararlar. O ki qaldı mənim müsabiqədən sonrakı işlərimə, ilk öncə onu deyim ki, sənətimlə bağlı aldığım təkliflər birə beş artıb. Bu yaxınlarda Norveçdən təklif almışam. Düzdür, təklif ürəkaçan olsa da, bəzi məqamlar məni qane etmədi. Həm də mən vətənimdən kənarda xüsusilə də anamdan uzaq yaşaya bilmərəm. Onlar istəyirdi ki, 3 il müddətinə Norveçdə köçüm. Lakin mənim burdakı işlərim və bayaq dediyim səbəblər təklifi qəbul etməyimə mane oldu. Ancaq ola bilsin ki, yayda 2 illik müddətinə getdim. Çünki, təklifi dəyərləndirmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə