İllər öncə xalq artisti Aygün Kazımovanın repertuarından olan "Xoşbəxt illər" mahnısını "Yeni ulduz" mahnı müsabiqəsinin yadda qalan iştirakçılarından olan Sevinc Musayeva oxuyub və ona ekran həyatı verib. SİA-nın məlumatına görə, musiqisi Minayə xanım, sözləri Cəlal Qurbanova məxsus olan bu mahnı Sevincin xalq artistinin repertuarından bəhrələndiyi ikinci mahnısıdır. Bu gün keçirilən təqdimat mərasimində əvvəlcə S.Musayevanın sevincmusayeva.info adlı veb-saytı, bunun ardınca sözügedən mahnıya rejissor Nail Naiboğlunun çəkdiyi klip geniş kütləyə görüntülənib.
Hər iki işin yaradıcısını səhnəyə çağıran sənətçi əvvəlcə onlara təşəkkürünü bildirib, sonra onlardan ünvanına xoş sözləri eşidib. Onun sənətçi dostları - xalq artisti Flora Kərimova, müğənni Elariz, Emin Bədəlov, Əbdül Xalid, İlhamə Qasımova, Elnur Məmmədov və başqaları da Sevinc haqqında danışıblar.
Daha sonra Sevinc mahnıdan söz açıb. Bildirib ki, Aygün Kazımovanın xeyir-duasından sonra onun ifasından fərqli olaraq o, "Xoşbəxt illər"i şərq ritmləri ilə remix formada hazırlayıb. Klipə gəlincə, musiqili çarx şəklində hazırlanan ekran işi türk kliplərini xatırladır.
Müğənninin saytına gəlincə, kreativ-flash formatında hazırlanan və 1 həftə ərzində aktivləşən saytın artıq 16 min sayda izləyicisinin olduğu açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB