"Heç vaxt kişiyə diqqət ayırmayın" - Oksana FOTO

Rəqqasə Oksana Rəsulova sosial şəbəkədə kişilərlə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, sənətçi öz fotosunu yayımlayaraq "Heç vaxt kişiyə diqqət ayırmayın. Özünüzə qulluq edin. Onda kişi sizə diqqət ayıracaq" sözlərini yazıb.

Oksananın paylaşımına izləyiciləri də biganə qalmayıblar. Onlar rəqqasəyə suallar ünvanlayıb, fikirlərini bölüşüblər.

Rəsulova yazılan "Mən də özümə diqqət ayırmıram. çünki şübhələrim yoxdur" sözlərinə "Mənim də şübhələrim yox idi, amma" cavabını verib.

Qeyd edək ki, Oksana bir il bundan əvvəl ana olub. O, gizli ərə getdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə