Lena Meyer bu il də “Eurovision-2011” mahnı müsabiqəsində Almaniyanı təmsil edəcək- FOTO
"Eurovision-2010"-da birincilik qazanan Lena Meyer bu il də "Eurovision-2011" mahnı müsabiqəsində Almaniyanı təmsil edəcək. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, artıq müğənninin hansı mahnı ilə ölkəsini təmsil edəcəyi məlum olub. Belə ki, Lena Meyer ölkəsini müsabiqədə "Taken By A Stranger" mahnısı ilə təmsil edəcək.
Onu da qeyd edək ki, yerli tənqidçilər Lena Meyerin ikinci il Almaniyanı təmsil etməsinə qarşı çıxsalar da, televiziya tamaşaçıları və münsiflər heyətinin qərarı ilə yenə də o, təmsilçilik hüququnu qazanıb. Bu, 56 ildir keçirilən "Eurovision" müsabiqəsi tarixində ikinci belə haldır. İlk dəfə bu addımı 1958-ci ildə Niderland təmsilçisi Corry Brokken edib. Belə ki, bu təmsilçi qalibiyyətdən sonra ikinci dəfə "Eurovision" yarışmasında iştirak edib, amma o ikinci dəfə birincilik qazana bilməyib.
Lena Meyerin ölkəsində Düsseldorf şəhərində hansı mahnı ilə çıxış edəcəyi isə artıq Kölndə keçirilən finalda məlum olub. Mahnı seçimi üçün təşkil olunan final mərhələsi iki saat çəkib. Finala 12 mahnıdan 6-sı keçib. Almaniyanın təmsilçisi Lena Meyerin Düsseldorf səhnəsində ifa edəcəyi mahnı ancaq televiziya tamaşaçılarının səsverməsi ilə seçilib.
Qeyd edək ki, Lena Meyer Norveçin paytaxtı Osloda keçirilən "Eurosion -2010" mahnı müsabiqəsində maksimum bal yığaraq ölkəsinə birincilik qazandırmışdı. Onun birincilik qazanması sayəsində 56-cı "Eurovision" yarışmasına Almaniya ev sahibliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB