“Cehizsiz gəlinlər” illər sonra bir araya gəldi FOTOLAR

“Cehizsiz gəlinlər” serialı ilə məşhurlaşan aktrisalar Günay Əhməd, Cəmilə Tağızadə və Rumiyə Ağayeva bir araya gəliblər. SİA-nın məlumatına görə, üç məşhur xanım fotokamera önünə keçərək fotosessiya etdiriblər.

Onlar fotolarda qırmızı libaslardan istifadə ediblər.

Şəkilləri Günay Əhməd sosial media hesabında paylaşaraq, bu sözləri yazıb: “Bir zamanlar varlığımızdan xəbərsiz üç aktrisa idik. Amma “Cehizsiz gəlinlər” bizi yalnız serialda deyil, həyatda da yaxın etdi. Elə belə bacı yox, əsl bacı. Kədərinə içdən üzülən, sevincini paylaşan, səmimi və dürüst. Bu gün aramızda elə böyük bir bağ var ki... İnşallah, bu rəsmləri illər sonra da təzələmək diləyi ilə... Sizin Qəmər, Hicran və Zülfiyyə...”.

Qeyd edək ki, “Cehizsiz gəlinlər” serialı 2016-2017-ci illərdə “Xəzər” TV-də yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə