Səlimdən yenilik AÇIQLAMA

Əməkdar artist Səlim Abbasov yaradıcılığında yenilik edib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Nabranda məkanların birində konsert verdim. Gecədə repertuarımda olan mahnıları səsləndirdim. Konsertim olduqca maraqlı keçdi. Gecəyə xeyli sayda tamaşaçılar gəlmişdi. Konsertdə müğənni Rahidə Baxışova da işirak edirdi".

Səlim sentyabr ayında yeni mahnılarının işıq üzü görəcəyini də deyib: "Yeni mövsüm üçün mahnılar yazdırıram. Həmin bəstələr arasında yerli, iran, türk mahnıları olacaq. Hazırda sözügedən bəstələr aranjeman olunur".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə