Murad: "Hər kəsə yerini göstərməlisən"

Murad: "Hər kəsə yerini göstərməlisən"

Aparıcı Murad Əzimzadə sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib. SİA-nın məlumatına görə, o, ilginc sözlər yazıb: "Divan, özüm, sözüm qırmızı. Bu qədər boz, qara, yüzrəngli “adamcıq”ların içində qırmızılığını qorumaq çətin və ağırdır. Kimin əli kimin cibində və ya başqa yerindədir bilinmir. Əksəriyyət maskalı, dırnaqarası təbəssümlərin sayı-hesabı yoxdur. Və sən güclü olmalısan, qalib gəlməlisən, hər kəsə yerini göstərməlisən. Həmin kəslərə qırmızı yerini, üzünü, sözünü dəyişmədən, olduğun kimi qalaraq etməlisən. Çətindir!”.

Bütün xəbərlər Facebook səhifəmizdə