Rahidə efirdə göz yaşı tökdü

Müğənni Rahidə Baxışova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqram zamanı tək qadın olmağın çətinliklərindən söz açaraq, göz yaşlarını saxlaya bilməyib.

İfaçı ardınca bu sözləri deyib: “Qadın üçün tək övlad böyütmək, tərbiyə vermək çətindir. Ailənin bütün yükünü qadın üzərinə götürür. Bu barədə çox güclü qadınam. Uşaqlıqdan çox çətinliklə böyümüşəm”.

Qeyd edək ki, həyat yoldaşından boşanan müğənninin bir qızı, bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə