Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva "İnstagram" səhifəsində həyat yoldaşı Royal ilə birlikdə çəkdirdiyi yeni fotosunu yayımlayıb. SİA-nın məlumatına görə, aktrisa paylaşımına bu sözləri yazıb: “Deyirlər insanlar dar günündə tanınar. Yaxşı ki, mənim həyatımda varsan. Hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Tünzalə uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl sağaldığını demişdi. Son günlər isə aktrisa xəstəliyin qayıtdığını, şişin boğazına qədər yayıldığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB