İlkinin qızı ilə yeni FOTOSU

Aparıcı İlkin Həsəni qızı Alisa ilə bulvar gəzintisinə çıxıb. SİA-nın məlumatına görə, sənətçi yaxın günlərdə aldığı skuterini də özü ilə götürüb.

O, qızı ilə fotosunu sosial media hesabında paylaşıb. Şəkildə İlkinin qızı skuterin üstündə əyləşib. O, fotoya bu sözləri yazıb: “Alisa, xahiş edirəm, dur, “papa” öz skuterini sürsün”.

Qeyd edək ki, İ.Həsəni 2017-ci ildə Aysel adlı xanımla ailə qurub. Cütlüyün övladı 2018-ci ildə dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə