Emin Ağalarov Moskva xanımlarını sevindirəcək

Emin Ağalarov Moskva xanımlarını sevindirəcək
EMİN 8 mart bayramı ərəfəsində Moskvanın ən dəbli klublarından birində konsert verəcək. SİA-nın müğənninin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, müasir səhnənin ən maraqlı ifaçısı öz yeni konsert proqramını 7 martda "Elizium" klubunda təqdim edəcək. Bununla yanaşı, ən müasir musiqinin ifaçısı yeni albomu üçün yeni mahnılar yazmağa başlayıb.

14 fevralda Rusiyada "Wonder" albomu yeni tərtibatda və yeni DVD formatında yenidən satışa çıxarılıb. Bu hədiyyəni EMİN Müqəddəs Valentin Günündə öz pərəstişkarlarına hədiyyə edib. Wonder albomuna ötən ilin 25 noyabrında "Arena" klubda verdiyi konsertin yazısı olan DVD əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə